Yeni xəbərlər burada görünəcək.

Uzunömürlülərin siyahısı açıqlandı

Azərbaycanda 90 yaşdan yuxarı olan uzunömürlülərin sayı açıqlanıb. Uzunömürlülərin 5 846 nəfəri paytaxtın, 18 410 nəfəri isə digər şəhər və rayonların payına düşür. Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-nə olan məlumatına əsasən, ölkə əhalisinin yaş qrupları üzrə bölgüsündə 90 və daha

11 baxış 3 dəq

Azərbaycanda 90 yaşdan yuxarı olan uzunömürlülərin sayı açıqlanıb.

Uzunömürlülərin 5 846 nəfəri paytaxtın, 18 410 nəfəri isə digər şəhər və rayonların payına düşür.

Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-nə olan məlumatına əsasən, ölkə əhalisinin yaş qrupları üzrə bölgüsündə 90 və daha yuxarı yaşda olanların sayı 24 256 nəfər təşkil edir.

Bu, ölkə əhalisinin təxminən 0,24 faizi deməkdir.

Maraqlıdır ki, 90+ yaşlıların sayına görə ilk sırada Bakı şəhəri dayanır. Paytaxtda 5 846 nəfərin yaşı 90 və daha çoxdur. Bu, ölkədəki bütün 90+ yaşlıların təxminən 24 faizinin Bakıda yaşadığını göstərir.

İnzibati ərazi vahidləri üzrə baxdıqda da maraqlı mənzərə ortaya çıxır.

Bakı nəzərə alınmadan ayrı-ayrı rayonlar arasında 90 yaşdan yuxarı insanların sayına görə Abşeron rayonu 769 nəfərlə ilk sıradadır.

Xəbəri paylaş Dostlarınıza göndərin