Legal Xəbər məlumat verir ki, paytaxtın Yasamal rayonunda silsilə velosiped oğurluqlarında şübhəli bilinən iki nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 34 yaşlı N.Mehdizadə və onun qardaşı D.Mehdizadənin oğurluq hadisələrini törətdikləri müəyyən olunub.
Araşdırma zamanı məlum olub ki, onlar rayon ərazisində yerləşən yaşayış binalarının qarşısından ümumi dəyəri 3500 manat olan 7 ədəd velosipedi oğurlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb.