Yeni xəbərlər burada görünəcək.

Vens Netanyahu ilə aralarında fikir ayrılığı olduğunu etiraf etdi

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailin Baş naziri Binyamin Netanyahu ilə bəzi məsələlərdə fikir ayrılıqlarının olduğunu açıqlayıb. Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib ki, İsrail ABŞ-nin müttəfiqi və yaxşı tərəfdaşıdır. Lakin iki ölkənin

4 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailin Baş naziri Binyamin Netanyahu ilə bəzi məsələlərdə fikir ayrılıqlarının olduğunu açıqlayıb.

Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib ki, İsrail ABŞ-nin müttəfiqi və yaxşı tərəfdaşıdır. Lakin iki ölkənin maraqları hər zaman üst-üstə düşmür.

Onun sözlərinə görə, ABŞ və İsrailin mövqeləri uyğun gələndə ortaq məqsədlər naminə əməkdaşlıq edilir, fikir ayrılığı yarandıqda isə məsələlər açıq şəkildə müzakirə olunur.

ABŞ rəsmisi İranla bağlı münaqişənin həlli istiqamətində böhranın sona çatmasına töhfə verməyə çalışdığını da bildirib.

Xəbəri paylaş Dostlarınıza göndərin