Yeni xəbərlər burada görünəcək.

Veteran cüdoçu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatına start verilib. Leqal Xəbər Oxu.Az-a istinadən bildirir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Qeyd olunub ki, Azərbaycan idmançısı Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında bütün

11 baxış 3 dəq

Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatına start verilib.

Leqal Xəbər Oxu.Az-a istinadən bildirir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan idmançısı Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək qitə birinciliyinin qızıl medalını qazanıb.

Bununla da 12 qat dünya çempionu olan Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu tituluna da yiyələnib.

Qeyd edək ki, veteranlar arasında cüdo üzrə Avropa çempionatı oktyabrın 25-dək davam edəcək. Azərbaycanı qitə birinciliyində 15 idmançı təmsil edir.

Xəbəri paylaş Dostlarınıza göndərin