Yeni xəbərlər burada görünəcək.

Vəkillər Kollegiyası hakimlərin II Forumunda

Vəkillər Kollegiyasının rəhbərliyi hakimlərin II Forumunda iştirak ediblər Bakıda Azərbaycan Hakimlərinin II Forumunun açılış mərasimi keçirilib. 500-dək məhkəmə hakiminin, Məhkəmə-Hüquq Şurası üzvlərinin, həmçinin dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi forumun məqsədi hüquq

11 baxış 3 dəq

Vəkillər Kollegiyasının rəhbərliyi hakimlərin II Forumunda iştirak ediblər

Bakıda Azərbaycan Hakimlərinin II Forumunun açılış mərasimi keçirilib.

500-dək məhkəmə hakiminin, Məhkəmə-Hüquq Şurası üzvlərinin, həmçinin dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi forumun məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaqdır.

Forumda əvvəlcə məhkəmə sahəsində 2025-ci il ərzində görülən işlərə dair video-çarx nümayiş etdirilib.

Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev açılış nitqində bildirib ki, bugünkü forum Azərbaycan məhkəmə hakimiyyəti üçün xüsusi məna və əhəmiyyət daşıyır.

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında bildirib ki, birinci forumdan ötən dövr ərzində ölkəmizdə bir sıra əlamətdar hadisələr baş verib, inkişaf dinamikası uğurla davam etdirilib, genişmiqyaslı quruculuq və bərpa işləri aparılıb, bütün sahələrdə tərəqqiyə nail olunub.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev isə çıxışında qeyd edib ki, Konstitusion şərh hüquqi müəyyənliyin və qanunun aliliyinin təmin edilməsində mühüm rol oynayır.

Açılış mərasiminin sonunda Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində məhkəmə-hüquq sistemində uzunmüddətli səmərəli fəaliyyətinə, həmçinin çıxardıqları məhkəmə qərarlarının sabitlik göstəricilərinə görə bir qrup hakim təltif edilib.

Sonra tədbir konkret mövzular üzrə panel müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, Forumda Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov, VK sədrinin müavini Aydın Axundov və Kollegiyanın Rəyasət Heyətinin üzvü İlhamə Həsənova iştirak edib.


Xəbəri paylaş Dostlarınıza göndərin