Yeni xəbərlər burada görünəcək.

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib.

Bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. Onun sözlərinə görə, İlkin Baxışov bir müddət Qazaxıstanda fəaliyyət göstərib və peşəkar aşpaz kimi çalışıb. O, təxminən iki ay əvvəl Azərbaycana qayıdaraq doğmaları ilə bir araya gəlib. İlkin Baxışov

8 baxış 3 dəq

Bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, İlkin Baxışov bir müddət Qazaxıstanda fəaliyyət göstərib və peşəkar aşpaz kimi çalışıb. O, təxminən iki ay əvvəl Azərbaycana qayıdaraq doğmaları ilə bir araya gəlib.

İlkin Baxışov Vətən müharibəsinin iştirakçısı olub və göstərdiyi xidmətlərlə qazilik statusu qazanıb. Müharibədən sonra da ictimai fəaliyyətini davam etdirən gənc, kulinariya sahəsində peşəkar fəaliyyəti ilə tanınıb və həmkarları arasında hörmət qazanıb.

Onun vəfat xəbəri yaxınları, döyüş yoldaşları və kulinariya ictimaiyyəti tərəfindən dərin kədər hissi ilə qarşılanıb. Sosial şəbəkələrdə qazinin xatirəsinə çoxsaylı başsağlığı paylaşımları edilir.

Hazırda İlkin Baxışovun ölüm səbəbi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

Allah rəhmət eləsin.

Xəbəri paylaş Dostlarınıza göndərin