LEQAL XƏBƏR verir ki, o, 3 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur.
Məlumata görə, cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və Vüqar Əliyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda mənimsəmə) ilə yekun ittiham irəli sürülüb.
Qanunvericiliyə əsasən, həmin maddə üzrə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bildirilib ki, cinayət işi yaxın günlərdə baxılması üçün məhkəməyə göndəriləcək.