Yeni xəbərlər burada görünəcək.

Vəzifəli şəxsə torpaq işi ilə bağlı cinayət işi açılıb

Leqal xəbər məlumat verir ki, Abşeron rayonu Fatmayı bələdiyyəsinin sədri Nəsir Nəsirli qanunsuz torpaq satışı və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. İstintaq materiallarına əsasən, o, bələdiyyə mülkiyyətində olan torpaqları qanunvericiliyin

10 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Abşeron rayonu Fatmayı bələdiyyəsinin sədri Nəsir Nəsirli qanunsuz torpaq satışı və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. İstintaq materiallarına əsasən, o, bələdiyyə mülkiyyətində olan torpaqları qanunvericiliyin tələblərinə uyğun qiymətləndirmədən, bazar dəyərindən aşağı qiymətə satmaqda və rəsmi sənədlərə yalan məlumatlar daxil etməkdə şübhəli bilinir. Faktla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

Xəbəri paylaş Dostlarınıza göndərin