Legal Xəbər məlumat verir ki, Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Yusif Axundov tutduğu vəzifədən azad olunub.
Məlumata görə, bununla bağlı müvafiq əmr Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Əhməd Vəliyev tərəfindən imzalanıb.
Qərarın səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib. Bununla belə, son dövrlər Naxçıvanda müxtəlif dövlət qurumlarında həyata keçirilən struktur və kadr dəyişikliklərinin davam etdiyi qeyd olunur.
Qeyd edək ki, Yusif Axundov uzun müddət Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəhbərlik edib. Onun vəzifədən azad edilməsinin ardından idarəyə yeni təyinatın olub-olmayacağı ilə bağlı hələlik məlumat açıqlanmayıb.