Yeni xəbərlər burada görünəcək.

WHATSAPP-DA YENİLİK - PUL KÖÇÜRMƏLƏRİ MÜMKÜN OLACAQ

LEQAL XƏBƏR məlumat verir ki, “WhatsApp” vasitəsilə mesajlaşmadan çıxmadan bir-birinə pul köçürmək imkanı daha çox ölkədə istifadəyə verilə bilər. Məlumata görə, tətbiqin iOS üçün yayımlanan son beta versiyasında yeni ödəniş bölməsi aşkarlanıb. Bu isə “WhatsApp Payments” sisteminin əhatə dairəsinin

10 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, “WhatsApp” vasitəsilə mesajlaşmadan çıxmadan bir-birinə pul köçürmək imkanı daha çox ölkədə istifadəyə verilə bilər.

Məlumata görə, tətbiqin iOS üçün yayımlanan son beta versiyasında yeni ödəniş bölməsi aşkarlanıb. Bu isə “WhatsApp Payments” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlərin aparıldığını göstərir.

“WhatsApp”ın 26.33.10.70 beta versiyasında aşkarlanan faktura ünvanı bölməsində bir sıra ölkələrin adları yer alıb.

Siyahıya əsasən, ödəniş funksiyasının gələcəkdə Niderland, Avstriya, Almaniya, İtaliya, İspaniya, ABŞ, Kanada, Avstraliya və Qanada istifadəyə verilməsi mümkün ola bilər.

Diqqət çəkən məqam isə Azərbaycan və Türkiyənin hazırkı siyahıda yer almamasıdır.

Yeni sistemin tətbiqi istifadəçiyə söhbətdən çıxmadan qarşı tərəfə pul göndərmək, həmçinin bank və kredit kartlarını tətbiqə əlavə etmək imkanı verə bilər.

Bundan başqa, e-poçt ünvanı, telefon nömrəsi və çatdırılma ünvanı kimi məlumatların saxlanılması da nəzərdə tutulur. İstifadəçilərin saxlanılan maliyyə məlumatlarını yükləməsi və ya silməsi üçün imkanların yaradılacağı bildirilir.

Qeyd edək ki, “WhatsApp Payments” artıq bəzi ölkələrdə yerli ödəniş sistemləri ilə işləyir. Məsələn, Hindistanda UPI, Braziliyada isə PIX vasitəsilə ödənişlər həyata keçirilir.

Bununla belə, beta versiyasında aşkarlanan ölkələr siyahısı “WhatsApp” tərəfindən yekun rəsmi siyahı kimi təsdiqlənməyib. Funksiyanın konkret ölkələrdə aktivləşdirilməsi yerli maliyyə qanunvericiliyi və ödəniş infrastrukturu ilə bağlı tələblərdən asılı olacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin