Yeni xəbərlər burada görünəcək.

WUF13-Ə GÖRƏ AVTOBUS ZOLAQLARINA NƏZARƏT GÜCLƏNDİRİLDİ

Leqal xəbər məlumat verir ki, Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar paytaxtın bir sıra əsas küçə və prospektlərində müvəqqəti xüsusi avtobus zolaqları təşkil olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, bu gündən həmin

14 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar paytaxtın bir sıra əsas küçə və prospektlərində müvəqqəti xüsusi avtobus zolaqları təşkil olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, bu gündən həmin zolaqlara daxil olan minik avtomobilləri və digər icazəsiz nəqliyyat vasitələri cərimələnəcək.
Qurumun məlumatına görə, xüsusi zolaqların üzərində “5.9 – ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq” nişanı quraşdırılıb və həmin nişan qüvvədə olduğu müddətdə ərazi rəsmi avtobus zolağı hesab edilir. Bu səbəbdən sürücülərin həmin hissələrə daxil olması yol hərəkəti qaydalarının pozulması kimi qiymətləndiriləcək.
Məhdudiyyət tətbiq olunan ərazilər bunlardır:
* Heydər Əliyev prospekti – Aeroport şosesi istiqaməti
* Abbasqulu ağa Bakıxanov küçəsi
* Yusif Səfərov küçəsi
* Mehdi Abbasov küçəsi
* Mikayıl Əliyev küçəsi
* Mikayıl Müşfiq küçəsi
AYNA bildirir ki, məqsəd forum iştirakçılarının və ictimai nəqliyyatın hərəkətini sürətləndirmək, şəhərdə nəqliyyat sıxlığını azaltmaqdır. Tədbir başa çatdıqdan sonra müvəqqəti nişanlar söküləcək və həmin zolaqlar yenidən bütün nəqliyyat vasitələrinin istifadəsinə veriləcək.
Xəbəri paylaş Dostlarınıza göndərin