Leqal xəbər məlumat verir ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) bu gün dördüncü gününə start verir. Forum çərçivəsində şəhərsalma, iqlim dəyişiklikləri, dayanıqlı inkişaf və müasir urbanizasiya mövzularında geniş müzakirələr aparılacaq.
Məlumata görə, gün ərzində müxtəlif istiqamətlər üzrə ümumilikdə 150-yə yaxın tədbirin keçirilməsi planlaşdırılır. Tədbirlərdə dünyanın müxtəlif ölkələrindən nümayəndələr, ekspertlər və rəsmi şəxslər iştirak edəcəklər.
Forum çərçivəsində şəhərlərin inkişafı, nəqliyyat, ekoloji problemlər və sosial rifah məsələləri ilə bağlı həll yollarının təqdim olunacağı bildirilir. WUF13 beynəlxalq səviyyədə şəhərsalma sahəsində ən böyük platformalardan biri hesab olunur.