Yeni xəbərlər burada görünəcək.

Xaçmazda ev külə döndü, 90 yaşlı qadın həyatını itirdi

Leqal Xəbər məlumat verir ki, Xaçmaz rayonunun Xanoba kəndində güclü yanğın baş verib. Qeyd edək ki, yanğın nəticəsində ev sahibi, 1936-cı il təvəllüdlü Minacət Seyfəddin qızı İsrafilova həlak olub. Kənd sakinlərinin sözlərinə görə, Xudat şəhəri ilə Xanoba kəndi arasında təxminən 30 kilometr məsafə

7 baxış 3 dəq

Leqal Xəbər məlumat verir ki, Xaçmaz rayonunun Xanoba kəndində güclü yanğın baş verib.

Qeyd edək ki, yanğın nəticəsində ev sahibi, 1936-cı il təvəllüdlü Minacət Seyfəddin qızı İsrafilova həlak olub.

Kənd sakinlərinin sözlərinə görə, Xudat şəhəri ilə Xanoba kəndi arasında təxminən 30 kilometr məsafə var. Onlar hesab edirlər ki, məsafənin uzaq olması səbəbindən yanğınsöndürənlər hadisə yerinə çatana qədər yanğının fəsadları daha da ağırlaşır.

"Ona görə də, daha yaxın ərazidə yanğınsöndürmə briqadasının olması daha yaxşı olardı" , - deyə sakinlər bildiriblər.

Xəbəri paylaş Dostlarınıza göndərin