Yeni xəbərlər burada görünəcək.

XANKƏNDİ TAM FƏRQLİ GÖRÜNÜR

Legal Xəbər məlumat verir ki, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində Xankəndi şəhərinin siması sürətlə dəyişir. Şəhərdə infrastrukturun yenilənməsi, yolların təmiri, yaşayış və inzibati binaların bərpası istiqamətində mühüm işlər görülür.

5 baxış 3 dəq
Legal Xəbər məlumat verir ki, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində Xankəndi şəhərinin siması sürətlə dəyişir.
Şəhərdə infrastrukturun yenilənməsi, yolların təmiri, yaşayış və inzibati binaların bərpası istiqamətində mühüm işlər görülür. Həyata keçirilən layihələr nəticəsində Xankəndi müasir şəhər görünüşü qazanmağa başlayıb.
Yenilənən küçələr, abadlaşdırılan ərazilər və istifadəyə verilən yeni obyektlər şəhərin inkişafına yeni nəfəs gətirib. Aparılan quruculuq işləri bölgənin sosial-iqtisadi canlanmasına da mühüm töhfə verir.
Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa proqramları çərçivəsində Xankəndidə də işlər mərhələli şəkildə davam etdirilir. Şəhərin yaxın illərdə regionun ən müasir yaşayış məntəqələrindən birinə çevrilməsi hədəflənir.
Xəbəri paylaş Dostlarınıza göndərin