Yeni xəbərlər burada görünəcək.

Xankəndi - Şuşa yolunda avtoqəza: ÖLƏN və yaralı var

Xankəndi–Şuşa avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. LEQAL XƏBƏR məlumat verir ki, Bayram Verdiyev Şuşadan Xankəndi istiqamətində idarə etdiyi "Tofaş" markalı minik avtomobili ilə hərəkətdə olarkən sükan idarəetməsini itirib. Nəticədə avtomobil yol

8 baxış 3 dəq

Xankəndi–Şuşa avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

LEQAL XƏBƏR məlumat verir ki, Bayram Verdiyev Şuşadan Xankəndi istiqamətində idarə etdiyi "Tofaş" markalı minik avtomobili ilə hərəkətdə olarkən sükan idarəetməsini itirib. Nəticədə avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü Bayram Verdiyev hadisə yerində həyatını itirib. Avtomobildə olan Orxan Şirinov isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin