Yeni xəbərlər burada görünəcək.

XANLAR VƏLİYEVİN QIZI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ

Leqal xəbər məlumat verir ki, “Mərkəzi Nəbatat Bağı”nın İdarə Heyəti sədrinin müavini vəzifəsinə yeni təyinat olub. Müvafiq əmrlə Gülşən Vəliyeva sözügedən vəzifəyə gətirilib. Məlumata görə, Gülşən Vəliyeva Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı və hazırda Konstitusiya

7 baxış 3 dəq
Leqal xəbər məlumat verir ki, “Mərkəzi Nəbatat Bağı”nın İdarə Heyəti sədrinin müavini vəzifəsinə yeni təyinat olub. Müvafiq əmrlə Gülşən Vəliyeva sözügedən vəzifəyə gətirilib.
Məlumata görə, Gülşən Vəliyeva Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı və hazırda Konstitusiya Məhkəməsinin hakimi olan Xanlar Vəliyevin qızıdır.
Təyinatın “Mərkəzi Nəbatat Bağı”nda idarəetmə və təşkilati fəaliyyətin gücləndirilməsi məqsədi daşıdığı bildirilir. Qeyd olunur ki, qurum son illər elmi-tədqiqat və ekoloji layihələrin genişləndirilməsi istiqamətində fəaliyyətini artırıb.
Sosial şəbəkələrdə yayılan məlumat qısa zamanda müzakirələrə səbəb olub.
Xəbəri paylaş Dostlarınıza göndərin