Yeni xəbərlər burada görünəcək.

XARKOVDA HƏLAK OLAN AZƏRBAYCANLI TƏLƏBƏ DƏFN EDİLDİ

LEQAL XƏBƏR verir ki, ötən gün Azərbaycana gətirilən 23 yaşlı Fatimə Hüseynovanın nəşi bu gün səhər saatlarında Kürdəmir rayonunun Ərəbqubalı kəndində ailəsinə təhvil verilib. Kənddə mərhumla vida mərasimi keçirilib, cənazə namazı qılındıqdan sonra o, Ərəbqubalı kənd qəbiristanlığında dəfn olunub.

9 baxış 3 dəq
LEQAL XƏBƏR verir ki, ötən gün Azərbaycana gətirilən 23 yaşlı Fatimə Hüseynovanın nəşi bu gün səhər saatlarında Kürdəmir rayonunun Ərəbqubalı kəndində ailəsinə təhvil verilib.
Kənddə mərhumla vida mərasimi keçirilib, cənazə namazı qılındıqdan sonra o, Ərəbqubalı kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Xarkov Milli Tibb Universitetinin tələbəsi olan Fatimə Hüseynova iyunun 29-da Rusiya ordusunun Xarkova endirdiyi aviasiya bombası zərbəsi nəticəsində həyatını itirib. O, diplom təqdimetmə mərasimində iştirak etmək üçün Almaniyadan Xarkova gəlmişdi. Hadisə məzun fotosessiyasına gedərkən baş verib. Fatimənin yanında olan rəfiqəsi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Xəbəri paylaş Dostlarınıza göndərin