Yeni xəbərlər burada görünəcək.

Xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Əvəz Zeynallı vəfat edib.

Leqalxeber.az xəbər verir ki, araşdırmaçı jurnalist, “Xural” Media Qrupunun rəhbəri, “Xural TV”nin təsisçisi və “Siyasət meydanı” verilişinin müəllifi və aparıcısı Əvəz Zeynallı dünyasını dəyişib. Əvəz Zeynallı uzun müddət ağır onkoloji xəstəliklə mübarizə aparıb. 2025-ci ilin aprelində onun

16 baxış 3 dəq

Leqalxeber.az xəbər verir ki, araşdırmaçı jurnalist, “Xural” Media Qrupunun rəhbəri, “Xural TV”nin təsisçisi və “Siyasət meydanı” verilişinin müəllifi və aparıcısı Əvəz Zeynallı dünyasını dəyişib.

Əvəz Zeynallı uzun müddət ağır onkoloji xəstəliklə mübarizə aparıb. 2025-ci ilin aprelində onun bağırsağında bədxassəli şiş aşkarlanması və xəstəliyin qaraciyərə metastaz verməsi barədə məlumat yayılmışdı.

Jurnalistin səhhəti son aylarda daha da ağırlaşıb. Sentyabrın 22-də Əvəz Zeynallının Respublika Diaqnostika Mərkəzində əməliyyat olunduğu açıqlanmışdı. Həyat yoldaşı Məlahət Zeynallı əməliyyatın normal keçdiyini, lakin jurnalistin vəziyyətinin ağır olduğunu bildirmişdi.

Əvəz Zeynallı uzun illər Azərbaycan mediasında fəaliyyət göstərib. O, 2002-ci ildən “Xural” qəzetinin baş redaktoru kimi çalışıb, daha sonra “Xural” Media Qrupunu yaradıb və jurnalist fəaliyyətini internet mediasında davam etdirib.

Jurnalistin həyatının son illəri həm peşə fəaliyyəti, həm də səhhəti ilə bağlı ciddi sınaqlarla yadda qalıb. 2025-ci ilin aprelində xəstəliyi ilə əlaqədar cəza çəkməkdən azad edilib və müalicəsinin davam etdirilməsinə imkan yaradılıb.

Əvəz Zeynallı sonrakı dövrdə də jurnalist fəaliyyətini davam etdirib və müalicə prosesi barədə açıqlamalar verib. 2026-cı ilin mayında onkoloji xəstəliklə mübarizəsi barədə danışan jurnalist əsas diqqətini həyat uğrunda mübarizəyə yönəltdiyini bildirmişdi.

Əvəz Zeynallının vəfatı ilə bağlı əlavə rəsmi məlumat, dəfn mərasiminin vaxtı və yeri açıqlanacağı təqdirdə xəbər yenilənəcək.

Allah rəhmət eləsin.

Xəbəri paylaş Dostlarınıza göndərin