Yeni xəbərlər burada görünəcək.

XƏTAİ RAYONUNDA ŞƏHİD MAYOR İLQAR VERDİYEVİN ŞƏRƏFİNƏ UCALDILMIŞ ABİDƏNİN AÇILIŞI OLUB

LEQAL XƏBƏR MƏLUMAT VERİR Kİ, Xətai rayonunda şəhid mayor İlqar Tapdıq oğlu Verdiyevin şərəfinə ucaldılmış xatirə abidəsinin açılışı keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları və rayon sakinləri iştirak ediblər.

6 baxış 3 dəq
LEQAL XƏBƏR MƏLUMAT VERİR Kİ, Xətai rayonunda şəhid mayor İlqar Tapdıq oğlu Verdiyevin şərəfinə ucaldılmış xatirə abidəsinin açılışı keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda İlqar Verdiyevin hərbi xidmət yolu, peşəkarlığı və yüksək intellektə malik zabit kimi fəaliyyəti xüsusi qeyd olunub. Bildirilib ki, o, Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib, daha sonra Türkiyənin Kara Harp Okulunu 1996-cı ildə uğurla başa vuran ilk azərbaycanlılardan biri olub. O, 1992–2012-ci illər ərzində Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib, Müdafiə Nazirliyinin mətbuat xidmətində çalışaraq media ilə əməkdaşlığın qurulmasında da mühüm rol oynayıb.
Qeyd edilib ki, 2012-ci ilin iyununda mina partlayışı zamanı yaralanmış döyüş yoldaşını xilas edərkən özü də ağır xəsarət alıb və 14 iyun tarixində vəfat edib. O, ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Şəhidin anası Rəna Verdiyeva onun uşaqlıqdan hərb sənətinə maraqlı olduğunu, vətənə xidmət etməyi həyatının əsas məqsədi seçdiyini bildirib. Digər çıxış edənlər onun intizamı, qayğıkeşliyi və nümunəvi zabit kimi fəaliyyətini vurğulayıblar.
Mərasimdə İlqar Verdiyevin xatirəsinin gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Xəbəri paylaş Dostlarınıza göndərin