Yeni xəbərlər burada görünəcək.

Xəzər dənizində YENİ ADA YARANDI

LEQAL XƏBƏR məlumat verir ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi nəticəsində yeni ada meydana çıxıb. Məlumata görə, “Rıbaçi” adlandırılan yeni quru sahəsi Xəzərin şimal hissəsində, Qazaxıstanın Manqistau vilayətinin Bautino kəndindən təxminən 30 kilometr, Svyatoy adasından isə 500

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi nəticəsində yeni ada meydana çıxıb.

Məlumata görə, “Rıbaçi” adlandırılan yeni quru sahəsi Xəzərin şimal hissəsində, Qazaxıstanın Manqistau vilayətinin Bautino kəndindən təxminən 30 kilometr, Svyatoy adasından isə 500 metr şərqdə yerləşir.

Yeni yaranan ada havadan lentə alınıb. Kadrlarda suyun çəkilməsi nəticəsində formalaşan torpaq sahəsi aydın şəkildə görünür.

Mütəxəssislərin sözlərinə görə, son 4–5 il ərzində Xəzərin şimalında suyun səviyyəsinin azalması nəticəsində yeni quru sahələri mütəmadi olaraq meydana çıxır.

Bu proses xüsusilə Kulalı, Morskoy, Svyatoy, Podqornı, Uşaral, Mayakşıkkan və Dolqiy adalarının ətrafında müşahidə olunur.

Məlumata görə, həmin ərazilərdə müxtəlif vəhşi heyvanlara, o cümlədən canavarlara, çöl donuzlarına və porsuxlara rast gəlinir. Adalarda və sahilyanı sularda isə müxtəlif növ quş və balıqlar yaşayır.

Xəbəri paylaş Dostlarınıza göndərin