İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var

Xəzər dənizində mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var. Leqal Xəbər APA-ya əsasən məlumat verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı

9 baxış 3 dəq
Xəzərdə sahil xəttindən 800 metrə qədər geriçəkilmələr var

Xəzər dənizində mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var.

Leqal Xəbər APA-ya əsasən məlumat verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin" İdarə Heyətinin sədr müavini Fərid Cəfərov Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifində bildirib.

O qeyd edib ki, 2016-cı ilin avqustun 24-də Nazirlər Kabineti tərəfindən Xəzər dənizinin sahil zolağı müəyyən olunmuşdu: "Biz ora sıfır xətti deyirik, yəni dənizin sahillə təmasının sıfır xətti. Ona uyğun olaraq da mühafizə zolaqları 20 və 50 metr sahil xəttindən quruya doğru mühafizə zolaqları müəyyən olunub və mövcud qanunvericiliyə əsasən həmin ərazilər müstəsna dövlət mülkiyyətidir. Sahil zolağı, sahil boyu ərazilərin xəritələşdirilməsi prosesini aparacağıq".

Fərid Cəfərov bildirib ki, bu gün mövcud sahil xəttindən faktiki dənizin sahilə təmas xətti arasında bəzi hallarda 800 metrə qədər geriçəkilmələr var: "Bu da kifayət qədər böyük ərazidir, amma mövcud qanunvericiliklə həmin ərazilər Xəzər dənizinin akvatoriyasına aid torpaqlardır və bu gün də o hüquqi statusunu saxlayır".

Xəbəri paylaş Dostlarınıza göndərin