LEQAL XƏBƏR məlumat verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata əsasən, Azərbaycanın dəniz sərhədlərinin mühafizəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində Xəzər dənizində narkotik vasitə aşkarlanıb.
DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsi, texniki müşahidə məntəqəsi və sərhəd gəmisinin birgə fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycanın ərazisinə aid hissəsində, Lənkəran reydində sahildən 20 dəniz mili məsafədə ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə aşkar edilərək götürülüb.
Ərazidə, həmçinin bir kisədə 350 metr uzunluğunda sintetik tor aşkarlanıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

