İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

"Ya siz məni, ya da mən sizi..." - Paşinyan istefaya getmək üçün şərt qoydu

Ermənistanın baş naziri Nikol Paşinyan onun istefasına nail olmaq istəyən müxalifət qüvvələrinə sadə bir razılaşma təklif edə biləcəyini bildirib. Leqal Xəbər Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, bunun üçün müxalifət yeni Konstitusiya layihəsi ilə bağlı referendumun

4 baxış 3 dəq
"Ya siz məni, ya da mən sizi..." - Paşinyan istefaya getmək üçün şərt qoydu

Ermənistanın baş naziri Nikol Paşinyan onun istefasına nail olmaq istəyən müxalifət qüvvələrinə sadə bir razılaşma təklif edə biləcəyini bildirib.

Leqal Xəbər Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, bunun üçün müxalifət yeni Konstitusiya layihəsi ilə bağlı referendumun keçirilməsinə razılıq verməlidir.

"Əgər xalq əleyhinə səs versə, mən gedəcəyəm. Belə deyək, "təslim olacağıq". Əgər lehinə səs versə, Konstitusiyanı qəbul edəcəyik, sülhü institusionallaşdıracağıq, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP, Zəngəzur dəhlizi - red.) açacağıq, sərhədin mürəkkəb hissələrində delimitasiya aparacağıq. Bundan sonra mən yenə də gedəcəyəm", - deyə baş nazir Ermənistan parlamentində keçirilən hökumət saatında bildirib.

Paşinyanın fikrincə, müxalifətin məsələnin bu yolla həllinə razılaşmaması qəribə olardı.

Baş nazir əlavə edib ki, məsələ süni şəkildə uzadılarsa, növbədənkənar seçkilərin "buldozeri" işə düşməlidir. Onun sözlərinə görə, həmin seçkilərin nəticəsində hazırda parlamentdə təmsil olunan iki müxalifət qüvvəsindən heç biri qanunverici orqana düşməməlidir.

"Beləliklə, əgər siz məni kənarlaşdırmasanız, mən sizi kənarlaşdıracağam", - deyə Paşinyan müxalifətə xəbərdarlıq edib.

Bununla bağlı müxalifət nümayəndələri bildiriblər ki, hazırkı parlamentdə Paşinyanın ümid etdiyi konstitusiya çoxluğu mövcud deyil. Buna görə də o, yeni Konstitusiyanı yalnız hakim partiyanın deputatlarının səsləri ilə qəbul etdirə bilməz və ümumxalq referendumunun keçirilməsinə nail olmalı olacaq.

Xəbəri paylaş Dostlarınıza göndərin