Leqal Xəbər məlumat verir ki, Gəncə şəhərində gənc oğlan yaşadığı mənzildə ölü halda tapılıb.
Hadisənin şəhərin Fikrət Əmirov küçəsində qeydə alındığı bildirilir.
1999-cu il təvəllüdlü Vüqar Sadıxovun meyiti yaşadığı evdə aşkar edilib.
Meyit müvafiq ekspertiza üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
