Yeni xəbərlər burada görünəcək.

YAĞIŞ YAĞACAQ, DOLU DÜŞƏCƏK, ÇAYLARDA SULULUQ ARTACAQ - XƏBƏRDARLIQ

Azərbaycanda iyulun 4-5-də əsasən dağlıq və dağətəyi rayonlarda, iyulun 6-dan 8-i gündüz saatlarınadək isə bəzi ərazilərdə fasilələrlə yağışlı hava şəraiti müşahidə olunacaq. LEQAL XƏBƏR verir ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən yayılan xəbərdarlığa əsasən, ayrı-ayrı bölgələrdə

7 baxış 3 dəq
Azərbaycanda iyulun 4-5-də əsasən dağlıq və dağətəyi rayonlarda, iyulun 6-dan 8-i gündüz saatlarınadək isə bəzi ərazilərdə fasilələrlə yağışlı hava şəraiti müşahidə olunacaq.
LEQAL XƏBƏR verir ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən yayılan xəbərdarlığa əsasən, ayrı-ayrı bölgələrdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.
Məlumatda bildirilib ki, gözlənilən yağıntılar nəticəsində çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli sel hadisələrinin baş verməsi ehtimal edilir.
Xəbəri paylaş Dostlarınıza göndərin