Yeni xəbərlər burada görünəcək.

Yağışlar bazarda bahalaşma yarada bilər

Leqal xəbər məlumat verir ki, Son günlər müşahidə olunan intensiv yağıntılar regionlarda fəsadlar törədib və kənd təsərrüfatına ciddi təsir göstərməkdədir. İqtisadçıların sözlərinə görə, torpağın həddindən artıq islanması, sel və su basmaları əkin sahələrinə ziyan vurur. Nəticədə bitkilərin kök

14 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Son günlər müşahidə olunan intensiv yağıntılar regionlarda fəsadlar törədib və kənd təsərrüfatına ciddi təsir göstərməkdədir. İqtisadçıların sözlərinə görə, torpağın həddindən artıq islanması, sel və su basmaları əkin sahələrinə ziyan vurur. Nəticədə bitkilərin kök sistemi zədələnir, məhsuldarlıq azalır, bəzi sahələr isə tam yararsız vəziyyətə düşür. Xüsusilə tərəvəzçilik, taxılçılıq və meyvəçilik sahələrinin daha çox zərər gördüyü bildirilir. Pomidor, xiyar kimi məhsullar sudan tez zədələnir, taxıl sahələrində isə bitkilərin yerə yatması halları artır. Meyvə ağaclarında çiçəklərin tökülməsi və xəstəliklərin yayılması da risklər arasındadır. Mütəxəssislər qeyd edir ki, bu vəziyyət yaxın dövrdə bazarda qiymət artımına səbəb ola bilər. Güclü yağışların heyvandarlıq sektoruna da dolayı təsir göstərə biləcəyi vurğulanır.

Xəbəri paylaş Dostlarınıza göndərin