Yeni xəbərlər burada görünəcək.

Yaponiya ehtiyat neft buraxılışını artırır

Leqal xəbər məlumat verir ki, Yaponiya hökuməti qlobal enerji bazarında artan risklər fonunda strateji neft ehtiyatlarından daha çox həcmdə neft buraxmağı planlaşdırır. Məlumata görə, rəsmi Tokio ehtiyatlardan əlavə olaraq təxminən 20 günlük tələbatı ödəyəcək həcmdə neftin bazara çıxarılmasını

14 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Yaponiya hökuməti qlobal enerji bazarında artan risklər fonunda strateji neft ehtiyatlarından daha çox həcmdə neft buraxmağı planlaşdırır. Məlumata görə, rəsmi Tokio ehtiyatlardan əlavə olaraq təxminən 20 günlük tələbatı ödəyəcək həcmdə neftin bazara çıxarılmasını nəzərdən keçirir. Bu prosesin may ayında da davam etdirilməsi planlaşdırılır. Qeyd olunur ki, qərar Yaxın Şərqdə artan gərginlik və xüsusilə Hörmüz boğazı ətrafında yaranan risklərlə bağlıdır. Bu marşrut Yaponiyanın enerji idxalında əsas rol oynayır. Ekspertlər bildirirlər ki, bu addım daxili bazarı sabit saxlamaq və mümkün yanacaq çatışmazlığının qarşısını almaq məqsədi daşıyır. Yaponiya eyni zamanda alternativ neft tədarük mənbələrinin axtarışını da davam etdirir.

Xəbəri paylaş Dostlarınıza göndərin