LEQAL XƏBƏR məlumat verir ki, Yaponiyada gənələr vasitəsilə yayılan və yüksək ölüm riski daşıyan ağır qızdırmalı trombositopeniya sindromuna (SFTS) yoluxma hallarında artım müşahidə olunur.
Ölkənin Səhiyyə Təhlükəsizliyi İnstitutunun məlumatına görə, iyunun 7-dək Yaponiyada bu xəstəlik üzrə 72 yoluxma halı qeydə alınıb.
Yaponiyanın səhiyyə naziri Keniçiro Ueno xəstələrin sayının artdığını bildirərək vətəndaşları diqqətli olmağa çağırıb. Mütəxəssislər xüsusilə gənələrin daha aktiv olduğu yaz və payız aylarında açıq ərazilərdə qoruyucu tədbirlərə əməl etməyi tövsiyə edirlər.
Qeyd edək ki, SFTS əsasən gənə sancması ilə yayılır və ölüm göstəricisi 10-30 faiz arasında dəyişir. Xəstəliyə qarşı peyvənd mövcud olmasa da, Yaponiyada onun müalicəsi üçün antiviral dərmanın istifadəsinə icazə verilib.