Yeni xəbərlər burada görünəcək.

YAPONİYADAN RUSİYAYA ETİRAZ: SƏFİR XİN-Ə ÇAĞIRILDI

LEQAL XƏBƏR məlumat verir ki, Yaponiya Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə əlaqədar Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevi nazirliyə çağırıb. Məlumata görə, Yaponiya tərəfi Putinin İturupa səfərinə qəti etirazını bildirib. Yaponiyanın xarici

3 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Yaponiya Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə əlaqədar Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevi nazirliyə çağırıb.

Məlumata görə, Yaponiya tərəfi Putinin İturupa səfərinə qəti etirazını bildirib.

Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi daha əvvəl Rusiyaya etiraz edərək İturup da daxil olmaqla Kuril adalarının cənub hissəsini “şimal əraziləri” adlandırıb və bu torpaqların tarixi və hüquqi baxımdan Yaponiyaya məxsus olduğunu bildirib.

Yaponiyanın Baş naziri Sanae Takaiçi də Putinin səfərinin Yaponiya-Rusiya münasibətlərinin normallaşmasını çətinləşdirdiyini deyib.

Qeyd edək ki, Vladimir Putin avqustun 13-də ilk dəfə Kuril adalarına səfər edib. Bu ərazilərin statusu uzun illərdir Moskva ilə Tokio arasında əsas fikir ayrılıqlarından biri olaraq qalır.

İkinci Dünya müharibəsindən sonra Kuril adaları Sovet İttifaqının tərkibinə daxil edilib. Yaponiya isə İturup, Kunaşir, Şikotan və bir sıra kiçik adaların ona məxsus olduğunu iddia edir.

Xəbəri paylaş Dostlarınıza göndərin