Yeni xəbərlər burada görünəcək.

YARIMÇIQ YUXULARIN GERÇƏKLƏŞDİYİ GÜN: NÖVBƏTİ KÖÇ KARVANI ŞÜKÜRBƏYLİYƏ ÇATDI

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı uğurla çatıb. LEQAL XƏBƏR verir ki, bu mərhələdə 46 ailə, ümumilikdə 223 nəfər doğma yurduna qovuşub. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində köç prosesi davam

9 baxış 3 dəq

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı uğurla çatıb.

LEQAL XƏBƏR verir ki, bu mərhələdə 46 ailə, ümumilikdə 223 nəfər doğma yurduna qovuşub.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində köç prosesi davam etdirilir.

Şükürbəyli kəndinə köçən sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Onlar, həmçinin torpaqlarımızın işğaldan azad olunmasında xidmətləri olan rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Xəbəri paylaş Dostlarınıza göndərin