Yeni xəbərlər burada görünəcək.

YASAMALDAKI PARTLAYIŞDA XƏSARƏT ALANLARIN SON VƏZİYYƏTİ AÇIQLANDI

Bakının Yasamal rayonunda yaşayış evində baş vermiş partlayış zamanı xəsarət alanların son vəziyyəti məlum olub. LEQAL XƏBƏR verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, iyulun 4-də Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən yaşayış evində

6 baxış 3 dəq

Bakının Yasamal rayonunda yaşayış evində baş vermiş partlayış zamanı xəsarət alanların son vəziyyəti məlum olub.

LEQAL XƏBƏR verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, iyulun 4-də Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən yaşayış evində baş vermiş partlayış nəticəsində xəsarət alan üç nəfərin – iki qadın və bir kişinin Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzində müalicəsi davam etdirilir.

Məlumata görə, onların vəziyyəti ağır qiymətləndirilir.

Hadisə baş verən ərazidən keçərkən xəsarət alan və Kliniki Tibbi Mərkəzə yerləşdirilən bir qadın isə ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, iyulun 4-də ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayış baş verib. Hadisə nəticəsində ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

Partlayış zamanı dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xilasedicilər isə 2010-cu il təvəllüdlü yeniyetmənin meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbəri paylaş Dostlarınıza göndərin