Yeni xəbərlər burada görünəcək.

YAXIN ŞƏRQDƏKİ GƏRGİNLİK FONUNDA DÜNYA BAZARINDA NEFT BAHALAŞIR

LEQAL XƏBƏR məlumat verir ki, Yaxın Şərqdə davam edən gərginlik və mümkün tədarük pozuntuları ilə bağlı narahatlıqlar fonunda dünya bazarında neftin qiyməti yüksəlməkdədir. Bakı vaxtı ilə saat 09:18-də Londonun ICE birjasında oktyabr ayında çatdırılma ilə “Brent” markalı neftin fyuçerslərinin

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Yaxın Şərqdə davam edən gərginlik və mümkün tədarük pozuntuları ilə bağlı narahatlıqlar fonunda dünya bazarında neftin qiyməti yüksəlməkdədir.

Bakı vaxtı ilə saat 09:18-də Londonun ICE birjasında oktyabr ayında çatdırılma ilə “Brent” markalı neftin fyuçerslərinin qiyməti 7 sent artaraq bir barel üçün 91,69 dollar təşkil edib.

Əvvəlki ticarət sessiyasında “Brent”in qiyməti 60 sent və ya 0,7% artaraq 91,62 dollar olmuşdu.

Nyu-York Ticarət Birjasında (NYMEX) sentyabr ayında çatdırılma ilə WTI markalı neftin fyuçersləri isə 17 sent və ya 0,2% bahalaşaraq bir barel üçün 86 dollara yüksəlib.

Neft bazarında artımın əsas səbəbləri sırasında Yaxın Şərqdəki gərginlik və enerji tədarükünün pozulması ilə bağlı narahatlıqlar göstərilir.

Xəbəri paylaş Dostlarınıza göndərin