Yeni xəbərlər burada görünəcək.

YEMƏYİ GEC HAZIRLAYAN ARVADININ SAÇLARINI YOLDU – BAKIDA

LEQAL XƏBƏR məlumat verir ki, Bakının Sabunçu rayonunda arvadını döyən şəxs barəsində cinayət işi açılıb. Məlumata görə, 47 yaşlı Elmir Heybətov (şərti ad) həyat yoldaşı ilə yeməyin gec hazırlanması səbəbilə mübahisə edib. Mübahisə zamanı o, qadının saçlarından tutaraq yolub, daha sonra itələyərək

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Bakının Sabunçu rayonunda arvadını döyən şəxs barəsində cinayət işi açılıb.

Məlumata görə, 47 yaşlı Elmir Heybətov (şərti ad) həyat yoldaşı ilə yeməyin gec hazırlanması səbəbilə mübahisə edib.

Mübahisə zamanı o, qadının saçlarından tutaraq yolub, daha sonra itələyərək divara çırpıb. Nəticədə qadın yüngül xəsarətlər alıb.

Məhkəmədə ifadə verən Elmir Heybətov hadisə zamanı əsəbiləşdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib.

Zərərçəkmiş qadın isə ərinin spirtli içki qəbul etdikdən sonra tez-tez mübahisə yaratdığını deyib.

Məhkəmənin qərarı ilə Elmir Heybətov 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin