Yeni xəbərlər burada görünəcək.

Yeni araşdırma pişik sahiblərinin illüziyalarına son qoyub

Yeni araşdırma pişik sahiblərinin illüziyalarına son qoyub. Zoopsixoloqlar belə nəticəyə gəliblər: pişiklər, itlərdən fərqli olaraq, sahibi ilə sabit emosional bağ formalaşdırmır. Təcrübələr zamanı məlum olub ki, stresli vəziyyətdə pişiklər insanın himayəsini axtarmaq əvəzinə öz güclərinə

21 baxış 3 dəq

Yeni araşdırma pişik sahiblərinin illüziyalarına son qoyub. Zoopsixoloqlar belə nəticəyə gəliblər: pişiklər, itlərdən fərqli olaraq, sahibi ilə sabit emosional bağ formalaşdırmır.
Təcrübələr zamanı məlum olub ki, stresli vəziyyətdə pişiklər insanın himayəsini axtarmaq əvəzinə öz güclərinə arxalanmağa üstünlük verirlər.
Sahibinin yanında olub-olmaması onların davranışını dəyişmir — tanış adamla yad insan arasında narahatlıq və özünə inam səviyyəsi eyni qalır.
Hətta insanla eyni yataqda yatmaq vərdişi də sevgi ilə deyil, praqmatizm ilə izah olunur: pişik sadəcə isti və təhlükəsiz yer axtarır.
Sahib evdən çıxanda miyoldamaq isə daha çox kədərdən yox, gündəlik rejimin pozulmasına narazılığın ifadəsidir.pişiklər müstəqil yırtıcılardır və biz onları yedizdirdiyimiz müddətcə bizə dözürlər.





Xəbəri paylaş Dostlarınıza göndərin