Yeni xəbərlər burada görünəcək.

Yeni cərimələr gəlir -Məhkəmə ekspertizası və dövlət xidmətləri ilə bağlı olacaq

Dövlət xidmətləri və məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşir. Bununla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik təklif edilir. Leqal Xəbər məlumat verir ki, layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu

11 baxış 3 dəq

Dövlət xidmətləri və məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşir.

Bununla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik təklif edilir.

Leqal Xəbər məlumat verir ki, layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, dövlət xidmətlərinin göstərildiyi informasiya ehtiyatlarında, sistemlərində aparılan təkmilləşdirilmə işləri barədə xidmət istifadəçilərinin elektron qaydada məlumatlandırılmamasına görə vəzifəli şəxslər 250 manatdan 350 manatadək məbləğdə cərimə ediləcək.

Xidmət istifadəçilərinin dövlət xidmətlərinin göstərilməsi qaydaları ilə bağlı məlumatlandırılmamasına görə vəzifəli şəxslər 350 manatdan 450 manatadək məbləğdə cərimə ediləcək.

Elektron xidmət üzrə dövlət rüsumlarının və (və ya) xidmət haqlarının (ödənişlərin) xidmətin göstərilməsi zamanı elektron formada ödənilməsi imkanının təmin edilməməsinə görə vəzifəli şəxslər 450 manatdan 550 manatadək məbləğdə cərimə ediləcək.

Sənədə görə, xidmət istifadəçilərinin müraciətlərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada inzibati akt, texniki sənəd və ya digər hüquqmüəyyənedici sənəd təqdim edilməməsinə və ya informativ xidmət göstərilməklə zəruri informasiya verilməməsinə görə vəzifəli şəxslər 550 manatdan 650 manatadək məbləğdə cərimə ediləcək.


Xəbəri paylaş Dostlarınıza göndərin