Yeni xəbərlər burada görünəcək.

YENİ FORMASINI TƏQDİM ETDİ

Legal Xəbər məlumat verir ki, İspaniyanın “Real Madrid” klubu 2026/2027 mövsümü üçün nəzərdə tutulan yeni ev formasını ictimaiyyətə təqdim edib. Klubun yaydığı məlumata görə, “Adidas” şirkəti ilə birgə hazırlanan forma ənənəvi ağ rəngini qoruyub saxlayıb. Dizaynda yaxa və qol hissələrində tünd

11 baxış 3 dəq
Legal Xəbər məlumat verir ki, İspaniyanın “Real Madrid” klubu 2026/2027 mövsümü üçün nəzərdə tutulan yeni ev formasını ictimaiyyətə təqdim edib.
Klubun yaydığı məlumata görə, “Adidas” şirkəti ilə birgə hazırlanan forma ənənəvi ağ rəngini qoruyub saxlayıb. Dizaynda yaxa və qol hissələrində tünd yaşıl detallardan, çiyinlərdə isə çəhrayı rəngli zolaqlardan istifadə olunub.
Bildirilib ki, yeni forma klubun zəngin tarixini, qazandığı uğurları və qələbə ruhunu əks etdirən elementlərlə hazırlanıb. Həmçinin futbolçuların rahatlığını artırmaq məqsədilə müasir havalandırma və temperatur tənzimləmə texnologiyaları tətbiq edilib.
Yeni forma qısa müddətdə azarkeşlərin diqqətini çəkib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xəbəri paylaş Dostlarınıza göndərin