Yeni xəbərlər burada görünəcək.

YENİ QƏRAR VƏTƏNDAŞLARA DA AİDDİR?

LEQAL XƏBƏR məlumat verir ki, 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri birbaşa vətəndaşlara şamil olunmayacaq. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, yeni tariflər Mərkəzi Bankla banklar və maliyyə qurumları arasındakı

3 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri birbaşa vətəndaşlara şamil olunmayacaq.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, yeni tariflər Mərkəzi Bankla banklar və maliyyə qurumları arasındakı hesablaşmaları tənzimləyir.

Qurumdan bildirilib ki, Banklararası Kart Mərkəzi (BKM) üzrə təsdiqlənmiş tariflər yalnız sistemin iştirakçılarına — banklara və ödəniş təşkilatlarına tətbiq olunur.

Bu komissiyalar BKM-də emal olunan əməliyyatlara görə birbaşa iştirakçı maliyyə qurumlarından tutulacaq və son istifadəçilərə, yəni vətəndaşlara birbaşa şamil edilməyəcək.

Beləliklə, yeni tariflərin qüvvəyə minməsi vətəndaşların kartdan-karta köçürmələr zamanı ödədiyi xidmət haqlarının avtomatik olaraq azalması demək deyil. Müştərilər üçün tətbiq olunan komissiyalar bankların öz tariflərindən asılı olaraq müəyyən edilir.

Xəbəri paylaş Dostlarınıza göndərin