Leqal xəbər məlumat verir ki, M-1 Bakı–Quba–Rusiya sərhədi ödənişli avtomobil yolunda yeni sürət nişanları quraşdırılıb. Yenilik H.Z.Tağıyev qəsəbəsindən başlayan 129 kilometrlik hissədə tətbiq olunub.
Məlumata görə, çəkisi 3,5 tona qədər olan avtomobillər üçün sürət həddi saatda 130 kilometr müəyyənləşdirilib və bununla bağlı yol nişanları yerləşdirilib.
Bildirilib ki, dəyişiklik “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlara uyğun həyata keçirilib. Yeni qaydalara əsasən minik avtomobilləri və yüngül yük maşınları ödənişli magistrallarda daha yüksək sürətlə hərəkət edə biləcək.