Yeni xəbərlər burada görünəcək.

Yeni xidmət yerinə köçən hərbçinin həyat yoldaşına müavinət ödənilə bilər

Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Leqal Xəbər Oxu.az-a əsasən məlumat verir ki, sözügedən məsələ "Hərbi qulluqçuların statusu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə

6 baxış 3 dəq

Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur.

Leqal Xəbər Oxu.az-a əsasən məlumat verir ki, sözügedən məsələ "Hərbi qulluqçuların statusu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, hərbi qulluqçunun yeni xidmət yerinə köçməsi nəticəsində həyat yoldaşının həmin ərazidə işlə təmin olunması mümkün olmadıqda, ona minimum aylıq əməkhaqqı məbləğində pul müavinəti ödənilməsi təklif olunur.

Qeyd edək ki, növbəti ildən minimum əməkhaqqı 500 manat olacağı proqnozlaşdırılır.

Xəbəri paylaş Dostlarınıza göndərin