Yeni xəbərlər burada görünəcək.

Yeni Zelandiyada sunami təhlükəsi elan edildi

Yeni Zelandiyada baş verən güclü zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə ABC nəşri məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Te-Anau şəhərindən 40 kilometr şimalda yerləşib. Bildirilib ki, Cənub adasında Milford Saunddan

9 baxış 3 dəq

Yeni Zelandiyada baş verən güclü zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə ABC nəşri məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Te-Anau şəhərindən 40 kilometr şimalda yerləşib.

Bildirilib ki, Cənub adasında Milford Saunddan Pyuysequr burnunadək uzanan qərb sahil zolağında zərərçəkən ərazilərin olması ehtimal edilir.

Yeni Zelandiyanın Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi isə həmin bölgələrdə su basma riskinin yüksək olduğunu açıqlayıb.

Qurum sakinlərə mümkün qədər tez yaxınlıqdakı hündür ərazilərə təxliyə olunmağı və rəsmi qurumların göstərişlərinə əməl etməyi tövsiyə edib.

Xəbəri paylaş Dostlarınıza göndərin