Leqal xəbər bildirirki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində gücləndirilmiş iş rejiminin tətbiq olunacağını açıqlayıb. Məlumata görə, ölkə ərazisində hərəkət intensivliyinin artacağı nəzərə alınaraq yol polisi əməkdaşlarının xidməti daha güclü şəkildə təşkil ediləcək. BDYPİ vətəndaşları yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb. Bildirilib ki, sürücülər səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamalı, yol və hava şəraitini düzgün qiymətləndirməli, sürət həddinə və təhlükəsiz məsafəyə əməl etməlidirlər. Qeyd edək ki, Azərbaycanda martın 20-24-ü Novruz və Ramazan bayramları qeyd olunacaq.
Yol polisi bayramda gücləndirilmiş rejimdə işləyəcək
Leqal xəbər bildirirki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində gücləndirilmiş iş rejiminin tətbiq olunacağını açıqlayıb. Məlumata görə, ölkə ərazisində hərəkət intensivliyinin artacağı nəzərə alınaraq yol polisi əməkdaşlarının xidməti daha güclü şəkildə təşkil ediləcək. BDYPİ
10 baxış
3 dəq
