Yeni xəbərlər burada görünəcək.

Yolu sel apardı – təhlükəli vəziyyət

Leqal xəbər məlumat verir ki, Paytaxtın Qaradağ rayonunda yerləşən Umbakı qəsəbəsi yaxınlığında ciddi təhlükə yaranıb. Ceyrankeçməz çayı üzərində yerləşən və ötən il sel suları nəticəsində zədələnmiş körpü ətrafında vəziyyət yenidən gərginləşib. Məlumata görə, son yağışlardan sonra çayın səviyyəsi

18 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Paytaxtın Qaradağ rayonunda yerləşən Umbakı qəsəbəsi yaxınlığında ciddi təhlükə yaranıb. Ceyrankeçməz çayı üzərində yerləşən və ötən il sel suları nəticəsində zədələnmiş körpü ətrafında vəziyyət yenidən gərginləşib.
Məlumata görə, son yağışlardan sonra çayın səviyyəsi artıb, nəticədə körpünün yaxınlığından keçən yol tam yararsız hala düşüb. Bu səbəbdən ərazidə iki sahil arasında gediş-gəliş çətinləşib. Sosial şəbəkələrdə yayılan görüntülərdə vətəndaşların təhlükəli şəraitdə alternativ yollarla keçid etməyə çalışdığı əks olunub. Hadisə ilə bağlı müvafiq qurumların tədbir görməsi gözlənilir.



Xəbəri paylaş Dostlarınıza göndərin