Yeni xəbərlər burada görünəcək.

YOLUNU QISALTDІ, HƏYATINDAN OLDU

LEQAL XƏBƏR məlumat verir ki, sentyabrın 3-də Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi piyadaların yollarda təhlükəsizlik qaydalarına əməl etməsinin vacibliyini bir daha göstərib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən

4 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, sentyabrın 3-də Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi piyadaların yollarda təhlükəsizlik qaydalarına əməl etməsinin vacibliyini bir daha göstərib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, çoxzolaqlı yollarda hər bir zolaq ayrıca təhlükə mənbəyidir.

Onun sözlərinə görə, bir zolaqdakı sürücü piyadanı görsə də, digər zolaqda hərəkət edən sürücü onu vaxtında görməyə bilər. Avtomobillərin arasından qəfil yola çıxmaq, yolun ortasında dayanmaq, geri qayıtmaq və ya qaçmaq qəza riskini artırır.

R.Tağıyev qeyd edib ki, intensiv hərəkətin olduğu yollarda avtomobillərin məsafəsini gözlə hesablamaq aldadıcı ola bilər. Uzaqda görünən avtomobil qısa müddətdə piyadanın olduğu nöqtəyə çata bilər.

DYP rəsmisi piyadalara müraciət edərək yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb:

“Bir neçə dəqiqəyə qənaət etmək üçün həyatınızı riskə atmayın. Yolun digər tərəfinə ən qısa yolla deyil, ən təhlükəsiz yolla keçin. Yaxınlıqda piyada keçidi və ya yerüstü keçid varsa, ondan istifadə etmək seçim deyil, həyatınızı qoruyan zərurətdir.

Yolunuzu qısaltmağa deyil, mənzil başına sağ-salamat çatmağa çalışın”.

Xəbəri paylaş Dostlarınıza göndərin