Yeni xəbərlər burada görünəcək.

ZALUJNI UKRAYNA PREZİDENTİ OLMAQ İSTƏYİR? – ZELENSKİYƏ CAVABI GÜNDƏM OLDU

Ukraynanın Böyük Britaniyadakı səfiri və Silahlı Qüvvələrin sabiq baş komandanı Valeri Zalujnının prezident seçkilərində namizəd ola biləcəyi ilə bağlı yeni iddia ortaya atılıb. LEQAL XƏBƏR verir ki, yayılan məlumata əsasən, Prezident Volodimir Zelenski payızda seçkilər keçiriləcəyi təqdirdə

7 baxış 3 dəq
Ukraynanın Böyük Britaniyadakı səfiri və Silahlı Qüvvələrin sabiq baş komandanı Valeri Zalujnının prezident seçkilərində namizəd ola biləcəyi ilə bağlı yeni iddia ortaya atılıb.
LEQAL XƏBƏR verir ki, yayılan məlumata əsasən, Prezident Volodimir Zelenski payızda seçkilər keçiriləcəyi təqdirdə Zalujnıdan namizədliyini irəli sürüb-sürməyəcəyini soruşub.
İddialara görə, Zalujnı bu suala müsbət cavab verərək bildirib ki, heç vaxt siyasətçi olmağı planlaşdırmayıb. Lakin cəmiyyətdə ona olan yüksək etimadı nəzərə alaraq bu məsuliyyətdən yayınmaq istəmir.
Qeyd olunur ki, Ukraynada mümkün seçkilərlə bağlı müzakirələr fonunda aparılan son sorğularda Valeri Zalujnının ictimai etimad göstəricisinin Prezident Volodimir Zelenskidən daha yüksək olduğu bildirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin