Yeni xəbərlər burada görünəcək.

Zelenskİ dəstəyə hazırdır

Volodimir Zelenski bildirib ki, Ukrayna öz müdafiə təcrübəsini Yaxın Şərq ölkələri ilə bölüşməyə hazırdır və lazım gələrsə, İranla bağlı təhlükəsizlik məsələlərində dəstək verə bilər. Ukrayna prezidenti qeyd edib ki, hazırda dünya Ukraynanın hava hücumundan müdafiə sahəsində qazandığı təcrübənin nə

11 baxış 3 dəq

Volodimir Zelenski bildirib ki, Ukrayna öz müdafiə təcrübəsini Yaxın Şərq ölkələri ilə bölüşməyə hazırdır və lazım gələrsə, İranla bağlı təhlükəsizlik məsələlərində dəstək verə bilər.
Ukrayna prezidenti qeyd edib ki, hazırda dünya Ukraynanın hava hücumundan müdafiə sahəsində qazandığı təcrübənin nə qədər vacib olduğunu görür. Onun sözlərinə görə, hətta daha güclü və çoxsaylı müdafiə sistemlərinə malik bəzi ölkələr belə bütün ballistik raketləri və pilotsuz uçuş aparatlarını tam şəkildə zərərsizləşdirə bilmir.
Zelenski vurğulayıb ki, Ukrayna bu sahədə əldə etdiyi praktiki təcrübəni ölkəsinə dəstək göstərmiş dövlətlərlə bölüşməyə hazırdır. O bildirib ki, Kiyev müharibə dövründə formalaşmış müdafiə strategiyaları və texnologiyalar barədə tərəfdaş ölkələrə yardım edə bilər.


Xəbəri paylaş Dostlarınıza göndərin