Yeni xəbərlər burada görünəcək.

ZEYNƏB CAVADLI HARADADIR?

Legal Xəbər məlumat verir ki, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı Zeynəb Cavadlı və üç qızı ilə bağlı yayılan məlumatlar beynəlxalq diqqət çəkib. Məlumata görə, Cavadlının vəkili Devid Heyq

26 baxış 3 dəq
Legal Xəbər məlumat verir ki, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı Zeynəb Cavadlı və üç qızı ilə bağlı yayılan məlumatlar beynəlxalq diqqət çəkib.
Məlumata görə, Cavadlının vəkili Devid Heyq müvəkkili və uşaqları ilə əlaqənin tamamilə kəsildiyini bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı BMT-yə təcili müraciət olunub.
Vəkil iddia edir ki, Dubay polisi və təhlükəsizlik qüvvələri gecə saatlarında Zeynəb Cavadlının yaşadığı ünvana gələrək onu və üç qızını aparıblar. Bundan sonra onlarla əlaqə yaratmaq mümkün olmayıb.
Hadisənin fonunda uzun müddətdir davam edən qəyyumluq mübahisəsinin dayandığı bildirilir. Məlumata əsasən, Dubay məhkəməsi iki ay əvvəl verdiyi qərarla üç uşağın atalarına təhvil verilməsini tələb edib və qərarın zərurət yaranacağı halda məcburi qaydada icra oluna biləcəyini qeyd edib.
Hazırda məsələ ilə bağlı rəsmi qurumların açıqlamaları və hadisənin təfərrüatları diqqətlə izlənilir. Hadisə beynəlxalq hüquq müdafiə təşkilatlarının da gündəminə çıxıb.

Xəbəri paylaş Dostlarınıza göndərin