Yeni xəbərlər burada görünəcək.

Zinəddin Zidan 14 illik taxtı laxlatdı

LEQAL XƏBƏR məlumat verir ki, əfsanəvi futbolçu və tanınmış mütəxəssis Zinəddin Zidan Fransa milli futbol komandasının yeni baş məşqçisi təyin edilib. Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallonun sözlərinə görə, Zidanla imzalanan müqavilə 2030-cu il dünya çempionatının sonunadək

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, əfsanəvi futbolçu və tanınmış mütəxəssis Zinəddin Zidan Fransa milli futbol komandasının yeni baş məşqçisi təyin edilib.

Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallonun sözlərinə görə, Zidanla imzalanan müqavilə 2030-cu il dünya çempionatının sonunadək qüvvədə olacaq.

Bildirilib ki, Zidanın məşqçilər korpusunda uzun illər birlikdə çalışdığı David Bettoni və Hamidu Msaidi köməkçi məşqçi kimi fəaliyyət göstərəcəklər. Həmçinin fiziki hazırlıq üzrə mütəxəssis Qreqori Düponun, eləcə də Fransa yığmasının sabiq futbolçuları Fabyen Bartez və Bernar Diomedin komandanın məşqçilər heyətinə cəlb olunacağı gözlənilir.

Qeyd edək ki, Zinəddin Zidan bu vəzifədə 14 il Fransa millisini çalışdırmış Didye Deşamı əvəz edib. Deşamın rəhbərliyi dövründə Fransa yığması 2018-ci il dünya çempionu, 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub, həmçinin 2016-cı il Avropa çempionatı və 2022-ci il dünya çempionatının gümüş medalını qazanıb.

Xəbəri paylaş Dostlarınıza göndərin