Yeni xəbərlər burada görünəcək.

ZƏLZƏLƏ DAĞINTILARI ALTINDA QALAN ŞƏXS SƏKKİZ GÜN SONRA SAĞ TAPILDI

LEQAL XƏBƏR verir ki, Venesuelada baş verən güclü zəlzələdən sonra dağıntılar altında qalan bir nəfər səkkiz gün sonra sağ vəziyyətdə aşkarlanıb. Məlumata görə, Katia-la-Mar sahil bölgəsində mühafizəçi işləyən Ernan Xil gözətçi məntəqəsində köməksiz vəziyyətdə qalıb. Onun xilas edilməsi üçün Çili,

3 baxış 3 dəq
LEQAL XƏBƏR verir ki, Venesuelada baş verən güclü zəlzələdən sonra dağıntılar altında qalan bir nəfər səkkiz gün sonra sağ vəziyyətdə aşkarlanıb.
Məlumata görə, Katia-la-Mar sahil bölgəsində mühafizəçi işləyən Ernan Xil gözətçi məntəqəsində köməksiz vəziyyətdə qalıb. Onun xilas edilməsi üçün Çili, ABŞ, Meksika və daha dörd ölkədən olan mütəxəssislərin iştirakı ilə genişmiqyaslı əməliyyat aparılır.
Bildirilir ki, xilasedicilər kişinin huşunun yerində olduğunu müəyyən ediblər. Əməliyyatda iştirak edən mütəxəssislər əraziyə girişdə müəyyən çətinliklər yaransa da, əsas məqsədin insan həyatını xilas etmək olduğunu vurğulayıblar.
Rəsmi məlumata əsasən, zəlzələ nəticəsində 2 295 nəfər həyatını itirib, 11 mindən çox insan yaralanıb. BMT isə itkin düşənlərin sayının 50 minə yaxın olduğunu ehtimal edir.
Qeyd edək ki, Venesuelada güclü zəlzələ iyunun 24-də baş verib. Təxminən 40 saniyə fərqlə 7.2 və 7.5 maqnitudalı iki güclü yeraltı təkan qeydə alınıb. Zəlzələnin episentrləri Yarakuy ştatında yerləşib.
Xəbəri paylaş Dostlarınıza göndərin