Yeni xəbərlər burada görünəcək.

ZƏLZƏLƏDƏN SONRA SƏMA QIRMIZIYA BOYANDI

Venesuelada baş verən güclü zəlzələdən sonra Karakas və ölkənin digər bölgələrinin sakinləri səmada qeyri-adi mənzərənin şahidi olublar. LEQAL XƏBƏR verir ki, yeraltı təkanlardan sonra üfüqün qırmızı rəng alması atmosferdə yaranan optik hadisə ilə izah olunur. Məlumata görə, zəlzələ nəticəsində

8 baxış 3 dəq
Venesuelada baş verən güclü zəlzələdən sonra Karakas və ölkənin digər bölgələrinin sakinləri səmada qeyri-adi mənzərənin şahidi olublar.
LEQAL XƏBƏR verir ki, yeraltı təkanlardan sonra üfüqün qırmızı rəng alması atmosferdə yaranan optik hadisə ilə izah olunur.
Məlumata görə, zəlzələ nəticəsində havaya çoxlu miqdarda toz, qum və xırda süxur hissəcikləri qalxıb. Bu zərrəciklər günəş şüalarının sınmasına təsir göstərərək səmanın narıncı və qırmızı çalarlarda görünməsinə səbəb olub.
Mütəxəssislər bildiriblər ki, bu hadisə elmdə Reyli səpələnməsi adlanır və yeni təbii fəlakətin əlaməti deyil. Bununla yanaşı, yüksək kvars tərkibli süxurların çatlaması zamanı yaranan nadir "zəlzələ işıqları" da bəzi hallarda səmaya qırmızı çalar verə bilir.
Qeyd edək ki, Venesuelada iyunun 24-də baş verən güclü zəlzələ nəticəsində son məlumata görə 1 943 nəfər həlak olub.
Xəbəri paylaş Dostlarınıza göndərin