Yeni xəbərlər burada görünəcək.

ZƏNGƏZUR DƏHLİZİ VACİB LAYİHƏDİR

LEQAL XƏBƏR məlumat verir ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin strateji əhəmiyyətini vurğulayıb. Dövlət başçısı bu fikirləri IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirib. “Onlar (ABŞ rəhbərliyi – red.) dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir, çünki bu,

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin strateji əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı bu fikirləri IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirib.

“Onlar (ABŞ rəhbərliyi – red.) dərk edirdilər ki, Zəngəzur dəhlizi vacib layihədir, çünki bu, Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirəcək”, – deyə Prezident İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, ABŞ tərəfi prosesdə səmərəli fəaliyyət göstərərək Ermənistana da sülhün vacibliyini izah edib.

“Əlbəttə, Ağ Evdə baş tutan tarixi görüş zamanı mən, Prezident Donald Tramp və Ermənistanın Baş naziri üçtərəfli bəyanat imzaladıq. Eyni zamanda, iki ölkənin xarici işlər nazirləri də sülh sazişini parafladılar”, – deyə dövlət başçısı vurğulayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin